Previous Next

"İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş elmi konfrans"

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  29 dekabr 2021-ci il tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində 15.11.2022 tarixində  konfrans  təşkil olunmuşdur. Konfransda tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmış İrəvan şəhərində mövcud olan Seminariyada çalışan peşəkar kadrların əksəriyyət hissəsinin azərbaycanlılardan təşkil olunduğu kimi bəzi mühüm faktlara toxunulmuşdur. Keçmiş dövr üçün Sovet Rusiyasının tərkibində olan bir xalqın nümayəndələrinin elm və təhsil ocağında fəaliyyət göstərməsinin çox vacib hadisə olması qeyd edilmişdir. Bununla yanaşı elmi redaktorluğu ADPU-nun rektoru t.ü.e.d, prof.Cəfər Cəfərov-a həvalə olunmuş, ön-söz müəllifi AMEA-nın müxbir üzvü, f.r.e.d.prof. Misir Mərdanov-a aid olan və müəllif hüquqlarının Fərrux Rüstəmov-a məxsus olduğu “İRƏVAN Müəllimlər Seminariyası və Onun Məzunları” adlı kitabın təqdimatı baş tutmuşdur.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search