Previous Next

29.04.2024 və 30.04.2024 tarixlərində Riyaziyyat fakültəsində İnformatika və Riyaziyyat fənləri üzrə olimpiadalar keçirilmişdir

29.04.2024 və 30.04.2024 tarixlərində Riyaziyyat fakültəsində İnformatika Riyaziyyat fənləri
üzrə olimpiadalar keçirilmişdir. Açılış nitqini edən Riyaziyyat fakültəsinin dekan müavini dos.
Elşad Həmidov tələbələrə olimpiadalarda iştirak etməyin vacibliyini qeyd etmiş və tələbələrə
uğurlar arzu etmişdir. Daha sonra Riyaziyyat fakültəsi dekan müavini r.ü.f.d. Tünzalə Hüseynova
Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Allahverdi Cəfərov
tələbələrə olimpiadanın qaydaları haqqında ümumi məlumat vermişdilər. 80 dəqiqə davam edən
olimpiada iki variant üzrə keçirilmişdir. İnformatika fənni üzrə olimpiadada iştirak edən
tələbələrə proqramlaşdırma dillərindən, informatikanın nəzəri əsasları, kompüter şəbəkələri
fənləri üzrə 5 açıq sual təqdim olunmuşdur. Riyaziyyat üzrə olimpiadada iştirak edən tələbələrə
riyazi analiz, cəbr, həndəsə, diferensial tənliklər və riyaziyyatın tədrisi texnologiyası fənləri üzrə
ümumilikdə 5 açıq sual təqdim olunmuşdur. Kompüter elmləri kafedrasının müdiri dos. Səadət
Mazanova tələbələrə uğurlar arzu etmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search