08.05.2024 tarixində Riyaziyyat fakültəsi TEC-nin təşkilatçılığı ilə Ulu
öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş "Gənc riyaziyyatçılar
III" elmi konfransı keçirilmişdir.
Giriş nitqi ilə konfransın açılışını edən riyaziyyat fakültəsinin dekan müavini
dos. E.Həmidov Ümummilli liderin təhsil sahəsindəki islahatlarından danışmış və
hər bir gəncin elmi fəaliyyətində ana dilindən istifadəsənin vacibliyini
vurğulamışdır. Sonra dos. N.B.Nəsirov və prof. V.M.Qurbanov çıxışlarında
Heydər Əliyevin təşəbbüsü ilə sovet dövründə istedadlı gənclərin ölkə xaricində
təhsil alması və elmi konfranslarda iştirakı üçün dövlət dəstəyindən bəhs etmiş, öz
pedaqoji fəaliyyətlərindən nümunə çəkmişlər. Riyaziyyat fakültəsi TEC-nin sədri
dos. M.Musayeva çıxışında fakültənin 55 illiyi münasibətilə professor-müəllim
heyətini təbrik etmiş və konfrans iştirakçılarına uğurlar arzulamışdır. Sonra isə
TEC-in fakültə üzrə fəal nümayəndələri RİN2102B qrup tələbəsi Qafarova Rəşidə
və RZM2204B qrup tələbəsi Əzizli Aytac uyğun olaraq "Heydər Əliyev və
Azərbaycan təhsil", "ADPU Riyaziyyat fakültəsinin 55 illik fəaliyyəti"
mövzularında təqdimatla çıxış etmişlər. Cəbr və həndəsə kafedrasının dos.əv.
S.S.Haxıyev öz çıxışında əsası ulu öndər tərəfindən qoyulan təhsil siyasətinin bu
gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulamışdır.
Son olaraq dos. E.Həmidov bölmələr üzrə auditoriyaları elan etmiş və
konfrans iştirakçılarına uğurlar arzulamışdır.