Previous Next

" Beynəlxalq Müəllimlər günü"nə həsr olunmuş Tələbə Elmi Tədqiqat İşinin Elmi seminarı.

 

04.10.2024 tarixində Riyaziyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə " Beynəlxalq Müəllimlər günü"nə həsr olunmuş Tələbə Elmi Tədqiqat İşinin Elmi seminarı keçirilmişdir. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Riyaziyyat fakültəsi dekanı dos. A. Q. Cəfərov giriş nitqi ilə seminarın açılışını edərək Tələbə Elmi Cəmiyyətinin təşkilatçılğı ilə keçirilən silsilə tədbirlərdən, bir sıra fəaliyyətlərdən, təhsil sahəsindəki xidmətlərindən bəhs etmiş və nitqin sonunda tələbələrə öz tövsiyyələrini vermişdir. Ardınca RİN2102B qrup tələbəsi Qafarova Rəşidəyə söz verilmişdir. 3-cü kusr tələbələri: Mehdiyeva Selcaxatun, Əzizli Aytac, Talıbzadə Aytən və İbrahimli Arzu öz mövzularını təqdim edərək çıxış etmişlər. Sonra Tələbə Elmi Cəmiyyətinin sədri dos. M. Musayeva bayram münasibətilə müəllimləri təbrik etmiş, TETİ-nin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir və tələbələrə elmi-pedaqoji fəaliyyətlərində müvəffəqiyyət arzulamışdır. Yekunda Cəbr-həndəsə kafedrasının müdiri dos. S. Haxıyev "Beynəlxalq Müəllimlər günü" münasibətilə müəllimləri təbrik etmiş, tələbələrlə maarifləndirici söhbət aparmış, fakültədə belə tədbirlərin davamlı olmasını tövsiyyə etmişdir və tələbələrə gələcək təhsil fəaliyyətində uğurlar arzulamışdır. Sonda xatirə şəkilləri çəkilmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search