01.03.2024 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Riyaziyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə yuxarı kurs tələbələri arasında "Proqramlaşdırma yarışı" keçirilmişdir. Açılış edən Tələbə Elmi Cəmiyyətinin sədri dos. M. Musayeva yarışın qaydaları haqqında ümumi məlumat vermiş və tələbələrə uğurlar arzulamışdır. Yarış riyaziyyatın dekan müavini dos.E. Həmidov, Kompüter elmləri kafedrasının müdiri dos.S.Mazanova, ADPU-nun Elmi katibi, Riyazi analiz kafedrasının b/m., r.ü.f.d. N.Abdullayeva, Cəbr-həndəsə kafedrasının b/m. S.Haxıyev, Kompüter elmləri kafedrasının b/m. K. Mirzəyeva və müəl. A.Həbibova tərəfindən izlənmişdir. 6 komanda (hər komandada 4 tələbə) şəklində keçirilən yarış üç mərhələdən ibarət olub. Yarışı ADPU-nun rektoru, prof. Cəfər Cəfərov tərəfindən müşaidə edilmişdir. "Syntax Squad" komandası qalib gəlmiş və dos. E. Həmidov qalib komandanın üzvlərinə: RİN 2004B qrup tələbələrinə: Babayeva Asya, Əlimirzəyev Radik, Muradova Sevinc, Hüseynova İlknuraya sertifikat təqdim etmişdir.