Previous Next

Riyaziyyat fakültəsində Sertifikatlaşdırma günü keçirilmişdir.

21.05.2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat
fakültəsində Sertifikatlaşdırma günü keçirilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti
və tələbələr iştirak etmişdir. Giriş nitqi ilə tədbirin açılışını edən Riyaziyyat fakültəsinin dekan
müavini dos. E.Həmidov Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyi ilə bağlı keçirilən
silsilə tədbirlərdən və təhsil sahəsindəki xidmətlərindən bəhs etmiş və sonunda tələbələrə öz
tövsiyyələrini vermiş, elmi fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra Riyaziyyat fakültəsi
TEC-in sədri dos. M.Musayevanın iştirakı ilə il ərzində fakültə daxilində keçirilmiş tədbirlərdə:
"π gününə həsr olunmuş məntiq olimpiadası", "Fakültəmizin yaşıl guşəsi", Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 101-cü ildönümünə həsr olunmuş "Gənc riyaziyyatçılar" elmi
konfransında iştirak edən tələbələri mükafatlandırmışdır.
Dos.E.Həmidov, prof. V.Qurbanov, dos.S.Mazanova, dos. S.Haxıyev, dos.
V.Cabbarzadə, dos. N.Nəsirov uyğun olaraq Riyazi analiz, Kompüter elmləri, Cəbr və həndəsə,
Riyaziyyat və onun tədrisi texnologiyası bölmələri üzrə sertifikatlar və təşəkkürnamələr təqdim
etmiş və xatirə şəkilləri çəkdirmişlər.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search