Fakültə dekan dos.A.Q.Cəfərov Elmi Şurada müzakirə olunacaq məsələləri Şura üzvlərinin nəzərinə çatdırmışdır. Elmi Şuranın gündəliyində qeyd olunan məsələlər içərisində 2024/2025-cü tədris ilinə hazırlığın vəziyyəti, yeni dərs ilində fakültə qarşısında duran əsas vəzifələr, ixtisas kafedralarının dərs yükünün bölgüsünün müzakirəsi və təsdiqi, Elmi Şuranın və dekanlığın 2024/2025-cü tədris ili üçün iş planının təsdiqi, 2024/2025- ci tədris ilinin 1-ci semestrində Riyaziyyat fakültəsinin 2,3,4 və 5-ci kurslar üzrə təqaüd alacaq tələbələrin siyahısının təsdiqi haqqında məlumat geniş müzakirə olundu. Daha sonra Elmi Şura üzvləri tərəfindən cari məsələlər müzakirə olundu. Cari məsələdə Riyaziyyat fakültəsində professor-müəllim heyətinin öz vəzifəlrini tutmaq üçün seçkinin keçirilməsi məsələsi müzakirə olundu.