Previous Next

İctimai fəal tələbələr üçün sertifikatlaşdırma günü

24.05.2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində Sertifikatlaşdırma günü keçirilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Giriş nitqi ilə tədbirin açılışını edən Riyaziyyat fakültəsinin dekanı dos. A.Fərəcov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərdən və tələbələrin təhsil sahəsindəki uğurlarından bəhs etmiş və nitqin sonunda tələbələrə öz tövsiyyələrini vermişdir. Sonra Riyaziyyat fakültəsi TEC-in sədri dos. M.Musayevanın iştirakı ilə il ərzində fakültə daxilində keçirilmiş tədbirlərdə ("π gününə həsr olunmuş məntiq olimpiadası", Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Riyaziyyat və İnformatika ixtisasları üzrə olimpiadalar" və "Gənc riyaziyyatçılar" elmi konfransında) iştirak etmiş tələbələr uyğun sertifikat və təşəkkürnamələr təqdim edilmişdir və hər biri ilə xatirə şəkilləri çəkdirilmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search