Previous Next

Karl Friedrix Qaussun doğum gününə həsr olunmuş tədbir .

27.04.2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Riyaziyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri dosent M.Museyevanın  təşkilatçılığı ilə Karl Friedrix Qaussun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Riyaziyyat fakültəsinin dekanı dos.A. Fərəcov, dekan müavinləri dos. E.Həmidov və T.Hüseynova, Riyaziyyatın tədrisi texnologiyası kafedrasının müdiri dos. A.Cəfərov, kompüter elmləri kafedrasının müdiri dos.S.Mazanova, Riyazi analiz kafedrasının dosenti S.İsayeva, və tələbələr iştirak etmişdir. RZM2204B tələbəsi Əliyeva İltima RZM2204B qrup tələbələri Əzizli Aytac, Quliyeva Fidan, Mehdizadə Yaşar, Süleymanlı Aygül, Mənsimova Səbinə, Tağıyeva Fidan tərəfindən hazırlanmış təqdimatla K.F. Qaussun həyat və yaradıcılığı, elmi xidmətləri haqqında ətraflı məlumat vermişdir. Sonra fakültə dekanı A. Fərəcov Riyaziyyatın gündəlik həyatımızda rolu və dahi riyaziyyatçıların xidmətləri barədə tələbələrlə maarifləndirici söhbət aparmış, belə tədbirlərin fakültə daxilində bir ənənə olaraq davam etdirilməsini tövsiyyə etmişdir.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search