Previous Next

ADPU THİK – 9 May Qələbə Gününə həsr olunmuş qızlararası voleybol yarışı keçirib

                                                                       ADPU THİK – 9 May Qələbə Gününə həsr olunmuş qızlararası voleybol yarışı keçirib

Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü və təşkilatçılığı ilə 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə fakültələr arasında "Qızlararası" voleybol yarışları keçirilmişdir.

Turnirdə universitetin 9 fakültəsindən 8 komanda iştirak edib. 2 gün davam edən yarışların yarım-final mərhələsi mayın 5-də baş tutub. Yarım-finala 8 komanda, finala isə bütün rəqiblərinə qalib gəlmiş 4 komanda - "Riyaziyyat", "İbtidai təhsil", "Fizika" və "Karma"komandaları yüksəlib.

Yekun nəticəyə əsasən:

I yer - "Riyaziyyat fakültəsi,

II yer - "Fizika" fakültəsi,

III yer - "İbtidai təhsil" fakültəsi olmuşdur.

Finalda fərqlənən komanda üzvləri diplomlarla, medallarla təltif olunmuş, tədbirin sonunda isə xatirə şəkilləri çəkilmişdir.

Bu yarış həm idmanın, həm də vətənpərvərlik ruhunun təbliği baxımından əlamətdar olmuşdur.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search