ADPU THİK Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə
həsr olunmuş oğlanlararası voleybol yarışı keçirib.
07.05.2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə keçirilən bu yarışda ümumilikdə 9 fakültədən 8 komanda iştirak edib. Finala vəsiqə qazanan komandalar: Riyaziyyat fakültəsi, Kimya-biologiya fakültəsi, Tarix və coğrafiya fakültəsi, İncəsənət və fiziki tərbiyə fakültəsi
Turnirin yekun nəticələrinə əsasən:
I yer - Tarix və coğrafiya fakültəsi
II yer - Riyaziyyat fakültəsi
III yer - Kimya və biologiya fakültəsi
Finalda fərqlənən komanda üzvləri kubok, medal və diplomlarla təltif olunmuş, xatirə şəkli çəkdirilmişdir. Bütün komandalarımıza gələcək yarışlarda uğurlar və yeni nailiyyətlər arzulayırıq!