Previous Next

Riyaziyyat fakültəsinin tələbələri “Şöhrət” muzeyinə ekskursiya ediblər

                                                                    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin tələbələri

                                                                                              “Şöhrət” muzeyinə ekskursiya ediblər

   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində, 8 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Riyaziyyat fakültəsinin tələbələri “Şöhrət” muzeyinə ekskursiyada iştirak etmişlər.

   Ekskursiyanın əsas məqsədi gənc nəslin milli-mənəvi dəyərlərə sadiqliyinin möhkəmləndirilməsi, vətənə misilsiz xidmətlər göstərmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin zəngin həyat və çoxşaxəli siyasi fəaliyyətinə dair biliklərin genişləndirilməsi, eləcə də tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi olmuşdur.

   Tələbələr muzey ekspozisiyası ilə tanışlıq zamanı Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları, siyasi irsi, xalq və vətən qarşısında əvəzsiz xidmətləri ilə bağlı dəyərli məlumatlar əldə etmiş, onun parlaq xatirəsini bir daha ehtiramla yad etmişlər.

 

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search