ADPU-nun Riyaziyyat fakültəsi bir çox uğurlu layihələrə imza atmışdır. Elm və Təhsil Nazirliyi və “Algoritimika” şirkəti ilə birlikdə təşkil edilmiş "Rəqəmsal bacarıqlar" layihəsi bunlardan biridir.
2020-ci ildən tədris planımıza “İnformatika müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarının əsas blokunda “Proqramlaşdırma dilləri 1”, seçmə blokunda isə “Rəqamsal bacarıqlar” fənləri yer almaqdadır. Təlim prosesi onlayn platforma üzərində tapşırıqların icrası və layihələrin hazırlanması üzrə aparılır.
Filiallar da bu kimi layihələrdən kənarda qalmır. Belə ki, 2023/2024-cü tədris ilinin yaz semestrində ADPU-nun bölgələr üzrə filiallarında (Ağcabədi, Şamaxı, Şəki) “Proqramlaşdırma dilləri 1” fənni, Quba filialında isə hər iki fənn (“Proqramlaşdırma dilləri 1”, “Rəqamsal bacarıqlar”) tədris olunmuşdur.
Riyaziyyat fakültəsinin tələbələri 2023-2024-cü tədris ilinin yaz semestrində "İnformatika müəllimliyi" ixtisasının son kursunda təhsil alan 107 tələbə "Metodika" və "MİQ-ə hazırlıq", "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının sonuncu kursunda təhsil alan 112 tələbə isə "Rəqəmsal bacarıqlar" və "MİQ-yə hazırlıq" kurslarında (ümumi 219 tələbə) iştirak ediblər. Təhsil alan tələbələrin motivasiyasının artırılması məqsədilə semestr ərzində 3 müxtəlif məzmunlu tədbir keçirilmişdir. Tədbirlər daha çox tələbələri MİQ müsabiqəsində iştiraka həvəsləndirmək və onlarda yaranan sualların cavabını tapmaq məqsədi daşımışdır. Tələbələrin ümumi iştirak performansını 82.49%, kursa davamiyyətlərini isə 92.48% göstərici ilə qeyd edə bilərik.