Ad, soyad, atasının adı :
- Həmidə Elçin qızı Şıxıyeva
Təvəllüd:
- 27.09.1994
Əlaqə:
- İş telefonu : (012) 493-77-03
- Mail : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Təhsil : Ali
- 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Pedaqoji fakültəsində Riyaziyyat ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi almışdır.
- 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə “Tənliklərin təqribi üsullarla həlli metodikası” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş və magistr elmi-ixtisas dərəcəsinə layiq görülmüşdür.
Vəzifəsi :
- Laborant
İş fəaliyyəti :
- 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyatın tədrisi metodikası (indiki Riyaziyyat və onun tədrisi texnologiyası) kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Hal –hazıradək
Seçilmiş əsərləri :
- Diferensial tənliklərin bəzi təqribi həll üsulları. AzTU-nun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Gənclər və elmi texniki tərəqqi” mövzusunda tələbə və gənc tədqiqatçıların respublika elmi-texniki konfransının materialları. Bakı-2014.
- Məktəbdə ikidəyişənli xətti tənliklər sisteminin qrafik üsulla həlli haqqında. AƏSMA-nun Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Davamlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələrin III respublika konfransının materialları. Bakı-2016.
- Tənliklərin iterasiya – ardıcıl yaxınlaşma üsulu ilə təqribi həllinin metodikası. SDU-nun Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Magistrantların XVI respublika elmi konfransının” materialları. Sumqayıt-2016.
- Parçanın ardıcıl yarıya bölünmə metodu. Bakı Qızlar Universiteti. Elmi əsərlər №1(29), Bakı-2017.
- Tənliklərin vətərlər üsulu ilə təqribi həllinin öyrədilməsi. SDU-nun Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Magistrantların XVII respublika elmi konfransının” materialları. I hissə. Sumqayıt-2017.
- Tənliklərin toxunanlar üsulu ilə təqribi həllinin öyrədilməsi. Bakı Qızlar Universiteti. Elmi əsərlər №2(30), Bakı-2017.
- Şagirdlərin həndəsədən məsələ həllindəki çətinlikləri və onların aradan qaldırılmasının səmərəli yolları. “FİZİKA-RİYAZİYYAT TƏHSİLİ:REALLIQLAR, TƏLƏBLƏR VƏ PERSPEKTİVLƏR”. ADPU, Bakı-22 noyabr 2021.
- Məsələ həllinin öyrədilməsi. Bakı Qızlar Universiteti. Elmi əsərlər №1(49), Bakı-2022.
- Həndəsi məzmunlu praktik məsələlərin həlli texnologiyası. Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “RİYAZİYYAT VƏ MEXANİKANIN AKTUAL PROBLEMLƏRİ” mövzusunda Respublika Elmi Konfrans. BDU, 11-13 may 2022-ci il.