Previous Next

Azərbaycanda ilk dəfə ROBOTEX AZƏRBAYCAN AVRASİYA ÇEMPİONATI keçirildi.

Azərbaycanda ilk dəfə 02–03 mart 2024-ci il tarixində ROBOTEX AZƏRBAYCAN
AVRASİYA ÇEMPİONATI keçirildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Xumarə Qəhrəmanlı və tələbələri 02-03 mart tarixlərində Naxçıvan Dövlət Universiteti və Robotex
Türkiyənin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azercellin və Global Olympic Centerin
dəstəyi ilə keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı” yarışmasında iştirak etmişlər.
ADPU-nun Kompüter elmləri kafedrasının müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə 2 kateqoriyada:
Qızlar kateqiyasında "ADPU Girls" - komandasındaADPU-nun Riyaziyyat fakültəsinin
İnformatika müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Tamara Manaflı Riyaziyyat müəllimliyi
ixtisasının məzunu Türkanə Qəhrəmanlı 1-ci yerə layiq görülmüşlər.
Yaşıl Sahibkarlıq kateqiyasında "Azirrigation"- komandasından ADPU-nun SABAH
qrupları fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Elmira
Poladova 3-cü yerə layiq görülmüşdür.
Komandalara Kubok və Sertifikatlar təqdim olunmuşdur. Bununla da komandalar aprel
ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Türkiyə Çempionatında iştirak haqqı qazanmışdır
 
 

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search