Previous Next

Riyaziyyat fakültəsində π gününə həsr olunmuş "Məntiq olimpiadası" keçirildi.

13.03.2024 tarixində Riyaziyyat fakültəsində π gününə həsr olunmuş "Məntiq olimpiadası" keçirilmişdir. Riyaziyyat fakültəsinin dekan müavini dos.E.Həmidov tədbirdə tələblərə ixtisaslarına yiyələnməkdən əlavə olaraq fakültə üzrə keçirilən tədbirlərdə, konfranslarda, seminarlarda, yarışlarda iştirak etməyin vacibliyini qeyd etmiş və tələbələrə TEC-in fəaliyyəti haqqında məlumat verərək olimpiyadada iştirak edən tələbələrə uğurlar arzu etmişdir. Daha sonra söz Riyaziyyatın tədrisi texnologiyası kafedrasının müdiri dos.A.Cəfərova verilmişdir. O, π günü haqqında məlumat vermiş, son olaraq Kompüter elmləri kafedrasının müdiri dos.S.Mazanova tələbələrə müvəffəqiyyətlər arzu etdi. Fakültənin 1-ci kurs tələbələri üçün nəzərdə tutulmuş olimpiada 45 dəqiqə davam etmişdir. Təşkilatı işlər Tələbə Elmi Cəmiyyətinin üzvü olar tələbələrə həvalə edilmişdi.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search