Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetidünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 20-21 aprel tarixlərində dünyanın ən
böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal
mərhələsində möhtəşəm uğura imza atıb. Yarışmada iştirak edən 3 komandasının hər biri qalib
olub.
Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab
edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 18 fərqli kateqoriya üzrə 400-dən çox
komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində
iştirak hüququ qazanıblar.
ADPU-nun Riyaziyyat fakültəsinin, Kompüter elmləri kafedrasının müəllimi Xumarə
Qəhrəmanlının mentorluğu ilə komandalar 18 fərqli kateqoriyadan
Girls Firefighting kateqoriyası üzrə I yerə,
Water Rally kateqoriyası üzrə I yerə
Green Entrepreneurship kateqoriyası üzrə III yerə layiq görülüblər.
Bu böyük qələbə münasibətilə ADPU-nun Riyaziyyat fakültəsi, Kompüter elmləri
kafedrasının müəllimi Xumarə Qəhrəmanlını və Riyaziyyat fakültəsinin tələbələri Tamara Manafiı, Elmira Poladova qalib komandalarını və bütün Universitet
kollektivimizi təbrik edirik!

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search