Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Riyaziyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunmuş növbəti konsepsiya "Ekotexnoloji inkişaf" adlı esse müsabiqəsi 1 noyabr 2024-cü il tarixində keçirilmişdir.Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Açılış nitqi ilə çıxış edən Riyaziyyat fakültəsi dekanı dos. A. Q. Cəfərov "Ekotexnoloji inkişaf, ətraf mühitin mühafizəsi və resursların səmərəli istifadəsi, innovativ texnologiyaların yaradılması insanların həyat tərzini ekoloji cəhətdən təmiz etmək üçün önəmlidir", bildirərək tələbələrlə maarifləndirici söhbət aparmış və fakültədə belə tədbirlərin davamlı olmasını tövsiyyə etmişdir. Sonra Tələbə Elmi Cəmiyyətinin sədri dos. M. Musayeva tələbələri belə tədbirlərdə iştirak etməyə dəvət edərək bildirdi ki, bu layihələri təşkil edərək gənclərin innovativ ideyalarını reallaşdırmalarına dəstək olur və tələbələrə öz təşəkkürünü bildirərək, hər birinə gələcək təhsil fəaliyyətində uğurlar arzulamışdı. Ardınca tələbələr öz esse mövzularını təqdim etdilər. Hər bir tələbənin çıxışı fakültəmizin dördüncü və beşinci kurs tələbələri tərəfindən meyarlara uyğun qiymətləndirilmişdir. Daha sonra iştirak edən tələbələr və münsiflər fakültə dekanı dos. A. Q. Cəfərov tərəfindən mükafatlandırıldılar. Yekunda xatirə şəkli çəkdirilmişdir.