“Fibonacci Beynəlxalq Robot Olimpiadası - Avrasiya Çempionatı”
İtalyada əsası qoyulan “Fibonacci Beynəlxalq Robot Olimpiadası” dünyanın ən böyük robot olimpiadası hesab edilir. 2025-ci ildə keçirilən “Fibonacci Beynəlxalq Robot Olimpiadası” yarışmasında dünyanın 24 ölkəsindən 21 fərqli kateqoriya üzrə 583-dən çox komanda, 3000-dən artıq iştirakçı yarışıb. Qalib komandalar İtalyada keçiriləcək “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın final mərhələsində iştirak hüququ qazanıblar.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 16-20 aprel tarixlərində dünyanın ən böyük robot olimpiadası olan “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nda Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. Yarışmada ADPU-nun komandaları 5 kateqoriyada iştirak edib və hər biri qalib olub. Riyaziyyat fakültəsinin tələbələri Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan
ü “FireteKh” komandası RoboTech Entrepreneurship kateqoriyası üzrə I yerə;
ü “Smart Girls” komandası Girls Triathlon kateqoriyası üzrə I yerə;
ü “RoadteKh” komandası Autonomous Car kateqoriyası üzrə I yerə;
ü “LifeteKh” komandası “HealthTech Entrepreneurship” kateqoriyası üzrə II yerə;
ü “Trackmasters” komandası isə “MBot Line Following” kateqoriyası üzrə II yerə layiq görülüb.