Previous Next

Robotex Azərbaycan Avrasiya Çempionatı

 ADPU-nun, Riyaziyyat fakültəsi, Kompüter elmləri kafedrasının və STEAM mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə Riyaziyyat fakültəsinin tələbələri “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda iştirakı

 

4 may 2025-ci il tarixində Azərbaycanda“Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib. Azərbaycanın fərqli təhsil müəssisəsindən ümumilikdə 187 komanda, 845 şagird və tələbə iştirak etdiyi yarışmada  gənc mühəndislər 21 fərqli kateqoriya üzrə qələbə uğrunda yarışdılar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsi, Kompüter elmləri kafedrasının və STEAM mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə Riyaziyyat fakültəsinin tələbələri 8 kateqoriyada yarışdılar və hər kateqoriyada 1-ci yerə layıq görüldülər:

-     “LifeteKh” komandası HealthTech Entrepreneurship kateqoriyası üzrə;

-      “FireteKh” komandası RoboTech Entrepreneurship kateqoriyası üzrə;

-      “Smart Girls” komandası Girls Triathlon kateqoriyası üzrə;  

-     “RoadteKh” komandası Autonomous Car kateqoriyası üzrə;

-     “Trackmasters” komandası MBot Line Following kateqoriyası üzrə;

-      “MazeteKh” komandası Maze Solving kateqoriyası üzrə;

-     “FishteKh” komandası BlueTech Entrepreneurship kateqoriyası üzrə;

-     “SmartDron” komandası isə Drone Rally kateqoriyası üzrə.

Yarışmaya  qatılan komandanın tərkibi:

ADPU-nun Riyaziyyat fakültəsinin İnformatika müəllimliyi ixtisasının II və IV  kurs tələbələri Aysel Qarayeva, Səkinə Vəliyeva, Ayşən Məsimova, Ayla Ağayeva, Ləman Hüseynova, Nərmin Qarayeva, Əfruz Qocayeva, Mətanət Əlizadə; riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbələri Günay Cəfərova, Pərvin Muxtarlı, fizika fakültəsi Texnologiya müəllimliyi ixtisasının II kurs tələbəsi Elvin Əzizli,  Riyaziyyat fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasının məzunları Türkanə Qəhrəmanlı və Tamara Manaflıdan ibarət olub.

Qalib olan bütün komandalar final mərhələsinə vəsiqə qazanıblar

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search