“Hüquq və Zəka” adlı intellektual yarış keçirilib
22 aprel 2025-ci il tarixində Bakı şəhəri 2 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin ADPU -nin Tədris Departamentinin Məzun koordinasiya və Koryera şöbədinin və Riyaziyyat fakültəsinin birgə əməkdaşlığı ilə “Məntiq” dərnəyinin üzvləri arasında “Konstitusiya və Suverenlik” ili çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “HÜQUQ VƏ ZƏKA” adlı intellektual yarışmanın təşkil olunmuşdur.
ADPU-nun Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Riyaziyyat fakültəsini dekanı dosent Allahverdi Cəfərov və Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Riyaziyyat fakültəsinin dekanı dos. Allahverdi Cəfərov, dekan müavini dos. əvəzi Tünzalə Hüseynova, dos. Novruz Nəsirov, dos. Vaqif Cabbarzadə, dos. Sadəddin Haxıyev və baş müəllim Cəmilə Abdullayevanın münsifliyi ilə keçirilən yarışmanın yekununda “Zirvə” komandası qalib olub.
Sonda layihənin təşkilatçılığına görə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nazimə Ağamalıyeva, dərnək rəhbərləri Xatirə Hacıyeva və Günel Ağamoğlanova, metodist Nərminə İsmayılova universitetin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Yarışmanın keçirilməsində əsas məqsəd şagirdlərin analitik və məntiqi düşünmə bacarıqlarını stimullaşdırmaq, eyni zamanda şagirdlərlə universitet mühiti arasında körpü yaratmaq olub.