Previous Next

TEC-in təşkilatçılığı ilə "Mükafatlandırma Günü" adlı tədbir

TEC-in  təşkilatçılığı ilə "Mükafatlandırma Günü" adlı tədbir 

     21 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Mükafatlandırma Günü" adlı tədbir keçirilmişdir.

    Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Açılış nitqi ilə çıxış edən Riyaziyyat fakültəsinin dekanı dosent A. Q. Cəfərov Tələbə Elmi Cəmiyyətinin il ərzində təşkil etdiyi silsilə tədbirlərin tələbələrin elmi və yaradıcı inkişafındakı mühüm rolunu vurğulayıb. O, elmi tədqiqat fəaliyyətlərində fərqlənən tələbələrə dəyərli tövsiyələr verərək, onların uğurlarını yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

    Tədbirdə fakültə daxilində keçirilmiş aşağıdakı əhəmiyyətli layihələr haqqında ümumi məlumat təqdim olunub:

  • “Rəqəmsal dünyanın memarı”
  • “π gününə həsr olunmuş Məntiq Olimpiadası”
  • Ümummilli lider Heydər Əliyevin 102 illik yubileyinə həsr edilmiş “Suveren cəmiyyətin riyazi və rəqəmsal dünyası” adlı elmi konfrans

    Elmi və ictimai fəaliyyətlərdə fəallıq göstərmiş tələbələrə diplomlar, sertifikatlar və təşəkkürnamələr təqdim olunub. 

    Tələbə Elmi Cəmiyyətinin sədri dos. M. Musayeva elmi fəaliyyətlərdə iştirak edən bütün tələbələrimizi təbrik edərək, onlara uğurlar arzuladı və Tələbə Elmi Cəmiyyəti olaraq gələcək uğurlarında onlara dəstək olmağa davam edəcəyimizi bildirdi.

    Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib və unudulmaz anlar yaşanıb.

 

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search