Riyaziyyat fakültəsində kafedra müdiri seçkiləri keçirilib
22.05.2025 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri dosent Allahverdi Cəfərov qeyd etdi ki, gündəliyə Cəbr və həndəsə, Riyazi analiz və Riyaziyyat və onun tədrisi texnologiyası kafedralarına kafedra müdiri seçkisinin keçirilməsi daxil edilib. Məlumat verilib ki, iclas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na əsasən keçirilir. Onuda qeyd etdi ki, “Riyaziyyat və onun tədrisi texnologiyası” və “Cəbr və həndəsə” kafedrasından hər bir vəzifəyə bir namizəd sənəd verib. “Riyazi analiz” kafedrasından isə iki nəfər namizədliyini verib.
Daha sonra namizədlərin 5 illik strateji inkişaf platformaları dinlənildi. Əvvəlcə “Riyaziyyat və onun tədrisi texnologiyası” kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən dosent Novruz Nəsirovun, sonra isə “Cəbr və həndəsə”kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən dosent Sadəddin Haxıyevin, daha sonra “Riyazi analiz” kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən Vəli Qurbanovun və Rəhim Rzayevin strateji inkişaf platforması dinlənildi. Gizli səsvermənin nəticələrinə əsasən, səs çoxluğu ilə dosent Sadəddin Haxıyev, dosent Novruz Nəsirov və Vəli Qurbanov kafedra müdiri vəzifəsinə seçildilər.