ADPU tələbələri III Respublika Olimpiadasının mükafatçısı olublar
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş ali məktəb tələbələri arasında Riyaziyyat fənni üzrə Respublika Olimpiadasında ADPU-nun Riyaziyyat fakültəsindən iştirak edən tələbələrdən Tağızadə Zümrüd və Əsədova Cəmilə ll və lll yerlərə layiq görülüblər.