FAKÜLTƏNİN TARİXİ
Ali Pedaqoji İnstitut yaradılarkən burada təşkil edilən üç şöbədən biri Fizika-riyaziyyat şöbəsi olub. Şöbənin ilk rəhbəri (dekanı) Məmməd bəy Əfəndiyev olub. İlk tədris ilində şöbənin əsas fənn müəllimi Məmməd Əfəndiyev idi. İkinci tədris ilində fizika müəllimi Rəhim Məlikov və təcrübə məşğələləri aparmaq üçün H.V.Berq şöbəyə işləməyə dəvət olundular.
Az sonra Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinin məzunu Bəhram Mirzəyev də Ali Pedaqoji İnstituta dəvət edildi. Şöbənin 1924-cü ildə 9 nəfərdən ibarət ilk məzunu oldu ki, onlardan da 7 nəfəri riyaziyyat müəllimi idi. Şöbəni 1925-ci ildə 6, 1926-cı ildə 24, 1927-ci ildə 17 nəfər bitirdi. Ali Pedaqoji İnstitut 1927-ci ildə ADU-nun Pedaqoji fakültəsi ilə birləşdiriləndə fizika-riyaziyyat şöbəsi eyni adı fakültə ilə birləşdirildi.